EN

SON DƏQİQƏ! Ağ Evdə SÜKUT POZULDU – İrandakı vəziyyətlə bağlı…

ABŞ dövlət katibi Marko Rubio İrandakı vəziyyətlə bağlı Ağ Evdə “Səkkizlər Qrupu”nun üzvləri üçün məxfi brifinq keçirəcək.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, bu qrupa Senat və Nümayəndələr Palatasında respublikaçı və demokrat partiyalarını təmsil edən üzvlər daxildir və onlar icra hakimiyyətindən məxfi kəşfiyyat məlumatları alırlar. Dövlət katibinin qrafikinə əsasən, məlumatlandırma yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 00:00) Ağ Evdə başlayacaq.

Axios jurnalisti Barak Ravidin məlumatına görə, görüşdə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru John Ratcliffe də iştirak edəcək.

Qeyd edək ki, “Səkkizlər Qrupu”na Senat və Nümayəndələr Palatasının respublikaçı və demokrat liderləri, eləcə də hər iki palatanın kəşfiyyat komitələrinin sədrləri və azlıq nümayəndələri daxildir.

Bu qrup ABŞ-da milli təhlükəsizlik və xarici siyasətlə bağlı ən həssas məlumatlarla tanış olan əsas siyasi strukturlardan biri hesab olunur.

Sara

Chosen
21
nocomment.az

1Sources