Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Trabzonspor" rəhbərliyi baş məşqçi Fatih Tekkenin xüsusi istəyi ilə Ernest Muçini heyətinə qatmaq üçün rəsmi danışıqlara başlayıb.
Fanat.Az xəbər verir ki, Qara dəniz təmsilçisi 24 yaşlı futbolçu üçün "Beşiktaş" klubuna cəlbedici bir təklif irəli sürüb.
Bazar dəyəri 9 milyon avro olan futbolçu üçün klub 1 milyon avroluq icarə haqqı ödəyərək gələcəkdə satınalma opsiyasından istifadə etmək istəyir. Klubun planına əsasən, 1.5 milyon avroluq qalıq məbləğ 5 bərabər hissəylə ödənilərək futbolçunun transfer hüququ tamamilə alınacaq.
"Sabah" qəzetinin verdiyi məlumata görə, Fatih Tekke Muçinin komandada qalmasını və hücumun mərkəzində rol almasını israrla tələb edir.
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.