"Qarabağ" UEFA tərəfindən təxminən 65.8 milyon manat vəsait əldə edib.
"Football-plus.az" xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov özünün "X" hesabında məlumat paylaşıb.
Nazir həmçinin UEFA-nın həmrəylik mexanizmi çərçivəsində ölkə çempionatında mübarizə aparan digər klublarımızın da hər birinin təxminən 1.6 milyon manat əlavə vəsait əldə edəcəyini qeyd edib.