EN

Suriyada İŞİD üzvləri zərərsizləşdirilib

Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri İŞİD-in bir bölməsini zərərsizləşdirib.

APA xəbər verir ki, bu barədə “Syria TV” televiziyası hüquq mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Kanalın məlumatına görə, zərərsizləşdirilmiş silahlılar ölkənin şimal-şərqindəki Raqqa əyalətində nəzarət-buraxılış məntəqəsinə hücumda şübhəli bilinirdi.

Əməliyyatın təfərrüatları ilə bağlı məlumat verilməyib.

Chosen
14
5
apa.az

6Sources