EN

Sərhəd bölgəsində Əfqanıstan və Pakistan qüvvələri arasında toqquşma olub

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün günortadan sonra sərhəd bölgələrində Əfqanıstan və Pakistan qüvvələri arasında toqquşmalar baş verib və döyüşlər hələ də davam edir.

APA xəbər verir ki, bu barədə Əfqanıstanın yerli mətbuatı məlumat yayıb.

Məlumata görə, toqquşmalar Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində, Pakistanla sərhəd ərazilərdə baş verib.

Yerli mənbələr hər iki tərəfin ağır silahlardan istifadə etdiyini və itkilərin olduğunu bildirib.

Əfqanıstan və Pakistan hökumətləri son toqquşmalarla bağlı hələlik heç bir açıqlama verməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
6
apa.az

7Sources