EN

Şəmkirdə iki avtomobil toqquşub- ÖLƏN VAR

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ2106" ilə "Mitsubishi" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı Gədəbəy rayon sakinləri; 2006-cı il təvəllüdlü K. Səlimov, 1988-ci il təvəllüdlü A. Vəliyeva, 1960-cı il təvəllüdlü N. Səlimova və Şəmkir rayon sakini 1959-cu il təvəllüdlü T. Qocayeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 73 yaşlı yaralı F. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Chosen
18
2
news365.az

3Sources