EN

Sahib Məmmədov: ABŞ güc nümayişi ilə İranı güzəştə məcbur edir

AZTV Media-nın efirində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov ABŞ–İran münasibətlərində yaranmış gərginliyi şərh edib.

QHT.az xəbər verir ki, Sahib Məmmədov bildirib ki, istənilən hakimiyyət daxilində fikir ayrılığı və komanda daxili müzakirələr mümkündür. Onun sözlərinə görə, səsləndirilən bəzi fikirlər konkret kəşfiyyat məlumatlarına əsaslanan qənaətlərdir və təhlükəsizlik sahəsində mümkün boşluqlarla bağlı narahatlıqları əks etdirir. Ekspert qeyd edib ki, ABŞ-ın Sakit okeanda yerləşən Yeddinci operativ donanmasının Ərəbistan dənizi və Körfəz ətrafına dislokasiya edilməsi böyük resurs tələb edir. Onun fikrincə, bu qədər hərbi qüvvənin bölgəyə yerləşdirilməsindən sonra Vaşinqtonun heç bir nəticə əldə etmədən geri çəkilməsi çətin görünür. Sahib Məmmədov hesab edir ki, ABŞ daha çox güc nümayişi və təzyiq yolu ilə İranı müəyyən güzəştlərə məcbur etməyə çalışır:

"Əsas tələblərdən biri İranın uranın zənginləşdirilməsindən və nüvə silahı istehsalından imtina etməsidir. Mövcud vəziyyətdə Birləşmiş Millətlər Təşkilatı prosesdən kənarda qalır. Halbuki BMT-nin əsas missiyası sülh və təhlükəsizliyin təmin olunması, Təhlükəsizlik Şurasının isə mübahisələrin dinc yolla həllinə və mümkün münaqişələrin qarşısının alınmasına töhfə verməsidir".

 

Pərvanə Fərhadqızı

Chosen
20
qht.az

1Sources