EN

Ford 400 mindən çox avtomobili geri çağırır

ABŞ-nin avtomobil istehsalçısı olan Ford ölkə üzrə 400 mindən çox avtomobili geri çağırır.

BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yollarında Hərəkət Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat yayıb. Bildirilib ki, Ford Explorer modelinin arxa asqı sistemindəki birləşdirici çubuqlarda qırılma riski aşkarlanıb.

Qeyd olunub ki, sözügedən detalın qırılması sürücünün sükan nəzarətini itirməsinə və ciddi yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.

Bundan əlavə, şirkət 40 min 655 avtomobili də batareya nasazlığı və əyləc pedalındakı qüsurlar səbəbindən geri çağıracaq.

Məlumata görə, bütün təmir və detal dəyişdirilməsi işləri rəsmi diler mərkəzlərində ödənişsiz həyata keçiriləcək.

Chosen
17
1
far.az

2Sources