EN

Berdıyev: “Azərbaycan futbolu daha da güclü olub”

futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XIV turunun “Qəbələ” – “Turan Tovuz” oyunundan (0:3) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– “Qəbələ”dən bir az ehtiyat edirdik. Yaxşı komanda olduqlarını bilirdik. Rəqibin sürətli hücumçuları var. İşimizin öhdəsindən gəldik. Uşaqlar pis oynamadılar.

– Demək olar ki, bu gün gözlədiyiniz “Qəbələ”ni görmədiz?

– Xeyr, necə rəqib gözləyirdiksə, onu da gördük. Birinci hissədə “Qəbələ”nin kifayət qədər qol epizodları oldu. Heç bir komanda üçün onlara qarşı oynamaq asan olmayıb.

– Rəhim Sadıqovun mövqeyini dəyişmisiz sanki…

– Bəli, biz onunla danışdıq. Belə qərara gəldik ki, dayaq yarımmüdafiəçisi mövqeyində daha çox fayda verəcək.

– Mövsümün ilk yarısında bir çox mütəxəssislər “Turan Tovuz”un baxımsız futbol oynadığını bildirirdi. Ancaq son oyunlarda demək olar, 20 dəqiqəyə matçın taleyini həll edirsiniz. Komandada nəyi dəyişmisiniz?

– Komanda zamanla formalaşır. Buna bir neçə il lazım olur. Hər mövsümün özünün vəzifələri var. Bu mövsümün vəzifələri ötən mövsümdən fərqlidir. Buna uyğun olaraq irəliyə doğru addımlayırıq. Bəzən nəsə alınır, bəzən alınmır. Amma uşaqlar hara getdiklərini bilirlər. Bir az vaxt lazımdır.

– Əsas rəqibiniz “Zirə” ilə xal fərqi 5-ə yüksəldi. “Turan Tovuz”un avrokuboklar yolunda böyük addım atdığını demək olar?

– Xeyr, hələ deyə bilmərik. Ötən mövsüm bizə göstərdi ki, indidən nəsə demək tezdir. Hazırda Azərbaycan çempionatı o qədər rəqabətlidir ki, istənilən komanda digərindən xal ala bilər. Ötən mövsüm nəticələri hardasa əvvəlcədən demək olardı. Amma bu mövsüm gözlənilməz nəticələr qeydə alınır. Azərbaycan futbolu daha da güclü olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
5
futbolpress.az

7Sources