EN

Okeanda sürətli dəyişikliklər baş verir

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

Qərbi Avstraliya sahillərində, Cənubi Hind okeanında suyun duzluluq səviyyəsi son 60 ildə 30 faiz azalıb. Elm adamları xəbərdarlıq edirlər ki, sürətli dəyişikliklər qlobal okean dövranına, eləcə də iqlimə çox ciddi təsir göstərəcək.

Reyting.az xəbər verir ki, alim Gensin Çenin fikrincə, belə dəyişikliklər iqlim istiləşməsinin fəsadları nəticəsində meydana çıxır və qlobal külək sistemləri istiqamətlərinin dəyişməsi ilə bağlıdır.

Qeyd olunur ki, küləklər Hind-Sakit okean bölgəsindən Cənubi Hind okeanına daha çox şirin su daşıyır.

Alimlərin hesablamasına görə, ümumilikdə əlavə şirin su həcmi hər il Tahoe gölünün təxminən 60 faizinə bərabərdir ki, belə bir göstərici də ABŞ əhalisini 380 ildən çox müddət ərzində içməli su ilə təmin edəcək qədər yetərli ehtiyat deməkdir.

Elm adamları bildiriblər ki, baş verən proseslər nəticəsində duzluluğun azalması okean suyunun sıxlığını, eyni zamanda okean cərəyanlarını dəyişdirir və dərinlikdəki qida maddələrinin səthə çıxıb zəifləməsinə, dəniz ekosistemlərinə çox güclü təsir göstərir.

Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
reyting.az

1Sources