EN

5 illik həsrəti sona çatdı

Temmi Abraham uzun müddətdən sonra premyer-liqada qapıya yol tapıb.

"Football-plus.az" xəbər verir ki, “Aston Villa”nın hücumçusu “Lids”lə ev oyununda komandasına 1:1 hesablı bərabərlik qazandıran qolu vurub. İngiltərəli forvard 5 illik fasilədən sonra yenidən premyer-liqada qol sevinci yaşayıb.

Belə ki, futbolçunun bu liqadakı sonuncu qolu 2020-ci ilə təsadüf edir. Temmi onda “Çelsi”nin heyətində çıxış edərkən 2020-ci il dekabrın 26-da “Arsenal”ın qapısına yol tapıb (3:1).

Xatırladaq ki, Abraham həmin tarixdən sonra “Roma”, “Milan” və “Beşiktaş”da oynayıb. Bu qış vətəninə dönən 28 yaşlı hücumçu “Aston Villa” ilə anlaşıb.

Chosen
21
football-plus.az

1Sources