EN

“Torino” baş məşqçisi ilə vidalaşdı

ain.az, Yeniavaz portalına istinadən məlumat verir.

İtaliyanın “Torino” klubu baş məşqçi Marko Baroninin istefaya göndərildiyini elan edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında öz əksini tapıb.

Məlumata görə, klub onun yerinə Roberto D'Aversanı təyin edib.

50 yaşlı mütəxəssis əvvəllər “Empoli”, “Lecce”, “Sampdoria” və “Parma” klublarına rəhbərlik edib.

D'Aversa klubla 30 iyun 2026-cı ilə qədər müqavilə imzalayıb.

Qeyd edək ki, 26 oyundan sonra “Torino” 27 xalla A Seriyasında 15-ci yerdədir.

Komanda İtaliya liqasında son səkkiz oyunundan yalnız birində “Lecce” üzərində 1:0 hesablı qələbə qazanıb.

Növbəti 27-ci turda “Torino” öz stadionu olan “Olimpico Grande Torino”da Romanın “Latsio” komandası ilə qarşılaşacaq.

A Seriyasının 26 turundan sonra turnir cədvəlinə 64 xalla “İnter” başçılıq edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
1
yeniavaz.com

4Sources