EN

İsraildən Livana xəbərdarlıq: İnfrastruktur obyektləri vurula bilər

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İsrail, Livana xəbərdarlıq edib ki, əgər Həzballah hərəkatı ABŞ ilə hərbi qarşıdurma zamanı İrana dəstək verərsə, ölkəyə ciddi nəticələr, o cümlədən mülki infrastruktur obyektlərinə zərbələr vurula bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" agentliyi, livanlı mənbələrə istinadən məlumat yayıb və qeyd edib ki, xəbərdarlıq qeyri-rəsmi diplomatik kanallar vasitəsilə göndərilib.

Mənbələrin verdiyi məlumata görə, İsrail tərəfi Beyruta, ölkə ərazisində fəaliyyət göstərən silahlı qrupun hərəkətlərinə görə məsuliyyət daşıyacağını çatdırmaq istəyir. Xəbərdarlıq, regionda gərginliyin artdığı və İran ətrafında mümkün eskalasiyanın əlavə qüvvələri münaqişəyə cəlb edə biləcəyi qorxusunun olduğu bir dövrdə edilib.

Eyni zamanda, livanlı "Nidaa Al Watan" qəzeti xəbər verib ki, Livan parlamentinin spikeri Nəbih Berri, Hizballahdan təşkilatın hər hansı bir müharibədə iştirak etməyəcəyi ilə bağlı zəmanət alıb və bu mesajları hökumətin mühüm nümayəndələrinə çatdırıb.

Livanın Baş naziri Nəvaf Salam bildirib ki, belə bir öhdəliklər təsdiq edildiyi təqdirdə, bu, müsbət bir addım olacaq. Lakin o, əlavə edib ki, Beyrutda, bu zəmanətlər ilə Hizballahın Baş katibi Nəim Qasimin əvvəlki bəyanatları arasındakı fərqliliklər barədə narahatlıq davam edir. Əvvəlcə Qasimi, İranın hücuma məruz qalması halında təşkilatın müdaxilə etməyəcəyini açıq şəkildə bildirmişdi.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
bizimyol.info

1Sources