Azərbaycan Premyer Liqasında 14-cü turdan təxirə salınmış bir oyun keçirilib.
Publika.az xəbər verir ki, “Qəbələ” “Turan Tovuz”u qəbul edib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, ötən il dekabrın 25-də oynanılan "Qəbələ" - "Turan Tovuz" matçı qatı duman səbəbindən 23-cü dəqiqədə yarımçıq dayandırılmışdı.
Azərbaycan Premyer Liqası, 14-cü tur
24 fevral
15:00 Qəbələ – Turan Tovuz 0:3