EN

SOCAR Britaniya şirkəti ilə rəqəmsallaşdırma üzrə əməkdaşlığı nəzərdən keçirib

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Böyük Britaniyanın "Wood" şirkəti arasında bərpaolunan enerji, rəqəmsallaşdırma sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin "Wood" şirkətinin icraçı prezidenti Stiv Nikol ilə görüşündə aparılıb.

Görüşdə tərəflər arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub, birgə həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə edilib.

Söhbət zamanı SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələr, eləcə də "midstream", "upstream", "downstream" sahələrində əməkdaşlıq imkanları da nəzərdən keçirilib.

Bundan başqa, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
5
10
baku.ws

10Sources