EN

Kanadadan diqqətçəkən mesaj: “Enerji və qida...”

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Kanadanın xarici İşlər naziri Anita Anand ABŞ rəhbərliyinin Kubaya qarşı sərtləşdirdiyi sanksiyalar və neft embarqosundan sonra ölkəsinin atacağı addımlarla bağlı açıqlamalar verib.

"Cebheinfo.az" xəbər verir ki, paytaxt Ottavadakı parlament binasında çıxış edən Anita Anand Karib dənizi ölkəsində dərinləşən böhranı vurğulayaraq: 

“Kubaya yardım planı hazırlayırıq, lakin hazırkı mərhələdə məsələ ilə bağlı mümkün elanın təfərrüatları barədə məlumat verməyə hazır deyilik”, - ifadələrini işlədib.

ABŞ-nin Kubaya neft satan və ya tədarük edən ölkələrə gömrük rüsumu tətbiq etmə hədəsindən sonra, ölkənin enerji tədarükçülərindən olan Venesuela və Meksika göndərişləri böyük ölçüdə dayandırmışdı.

Kubada son həftələrdə rekord səviyyəyə çatan elektrik kəsintiləri və qida tədarükü problemlərinin yaşandığı bildirilir.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
1
cebheinfo.az

2Sources