EN

Öhdəliklərimizə sadiq qalırıq ki, Rusiya ilə problemimizi həll edək Şamxaradze

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Abxaziya qanunsuz şəkildə Rusiyanın işğalı altındadır. Uşaqlar da daxil olmaqla, əhali Rusiya işğalçı qüvvələri tərəfindən ciddi ayrı-seçkiliyə məruz qalırlar, öz dillərində təhsil ala bilmirlər”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclasında çıxışı zamanı Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Şamxaradze deyib.

Bundan başqa, işğalçı qüvvələr gərginlik yaradır, işgəncələr verirlər. Hətta bəzi hallarda silahsız insanlara qarşı atəş açırlar. Bu cür qeyri-insani davranışlar qəbuledilməzdir. Rusiyanın Ukraynaya qarşı silahlı münaqişəsi və digər hadisələr göstərir ki, Gürcüstan da təzyiqlər altındadır. Biz problemlərin sülh yolu ilə həllinin tərəfdarıyıq. Təbii ki, biz öz öhdəliklərimizə sadiq qalırıq ki, Rusiya ilə problemimizi həll edək. Ərazi bütövlüyümüzün təmin edilməsi bizim üçün prioritet məsələdir", - deyə Şamxaradze bildirib.

Gürcüstan parlamentinin komitə sədri qeyd edib ki, Azərbaycan və Türkiyə həmişə onlara dəstək verib: "Bizim münasibətlərimiz göstərir ki, əlaqələrimiz inama, etibara dayanır, nəinki boş sözlərə, vədlərə. Türkiyə birinci ölkədir ki, bizimlə iqtisadi əməkdaşlıq edir. Gürcüstana gələn turist sayına görə, Azərbaycan və Türkiyə ilk beş ölkə arasındadır. Bu da bizim iqtisadiyyatımızın artmasına töhfə verir. Gürcüstanın qonşu ölkələri ilə münasibətləri vacibdir. Ermənistan və Azərbaycan arasında münasibələtrin sülhə doğru getməsini dəstəkləyirik. Bu, regionun mənzərəsini daha da yaxşılaşdırır. Biz həmişə konsultasiya, vasitəçi rolu oynamğa hazırıq ki, iki ölkə arasında münasibətlər daha da yaxşılaşın".

Anar Kəlbiyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
unikal.az

1Sources