EN

Sudanda silahlıların hücumu nəticəsində 28 nəfər ölüb

Qahirə, 24 fevral, AZƏRTAC

Şimali Darfur əyalətinin Mustəriha bölgəsinə Çevik Dəstək Qüvvələrinin hücumu nəticəsində 28 nəfər ölüb, 39-u yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Sudan Həkimlər Şəbəkəsi məlumat yayıb.

Qeyd olunub ki, Çevik Dəstək Qüvvələrinin bölgəyə raket atəşi nəticəsində yeganə səhiyyə mərkəzi dağıdılıb, orada çalışan tibbi heyət hücuma məruz qalıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Chosen
34
1
azertag.az

2Sources