EN

Hava nəqliyyatı ilə sərnişin daşımaları 5% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar ayında Azərbaycanda hava nəqliyyatı ilə 318,1 min sərnişin daşınıb.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 5% çoxdur.

Məlumata görə, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Qeyd edək ki, 2025-ci ilin ilk ayında 303 min sərnişin daşınmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
10
banco.az

1Sources