EN

WUF13 çərçivəsində yaşıl enerji təminatı üzrə "AzərEnerji" ilə memorandum imzalanıb

Bu gün WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə "AzərEnerji" ASC arasında əməkdaşlığa dair memorandum imzalanıb.

WUF13 Azərbaycan Əməliyyat Şirkəti  xəbər verir ki, memorandum "AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov arasında imzalanıb.

Sənədin imzalanmasında əsas məqsəd WUF13 müddətində tədbir məkanının yaşıl enerji ilə təmin olunmasıdır. Bu təşəbbüs tədbirin karbon idarəetməsi və emissiyaların azaldılması üzrə öhdəliklərinin praktik müstəvidə həyata keçirilməsinə xidmət edəcək, eyni zamanda, tədbirin enerji istehlakından yaranan ekoloji təsirin minimuma endirilməsinə imkan yaradacaq.

WUF13 çərçivəsində tətbiq olunacaq aşağı karbonlu enerji həlləri irimiqyaslı beynəlxalq tədbirlərin daha ekoloji və dayanıqlı model əsasında təşkilinin mümkünlüyünü nümayiş etdirir. Bununla yanaşı, bu əməkdaşlıq dayanıqlı tədbir idarəçiliyinin milli enerji infrastrukturu ilə səmərəli inteqrasiyasının real və uğurlu nümunəsi kimi çıxış edir.

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) dayanıqlı şəhərsalma və resursların səmərəli istifadəsi üzrə aparıcı beynəlxalq platformalardan biri olmaqla, innovativ yanaşmaların və praktik həllərin nümayişi üçün mühüm imkan yaradır. Bu çərçivədə yaşıl enerji həllərinin tətbiqi tədbirin dayanıqlı təşkili prinsiplərinə uyğun olaraq ekoloji məsuliyyətli yanaşmanı təşviq edir.

Bu əməkdaşlıq Azərbaycanın yaşıl enerji və dayanıqlı inkişaf sahəsində strateji prioritetlərinə sadiqliyini bir daha təsdiqləyir və ölkənin beynəlxalq tədbirlərin ekoloji cəhətdən məsuliyyətli təşkili istiqamətində artan rolunu və liderliyini daha da möhkəmləndirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
5
16
olaylar.az

10Sources