EN

Universitetlərdə valideyn iclası məktəb modeli yox, dəstək mexanizmidir EKSPERT

ain.az, Avtosfer saytına istinadən bildirir.

Təhsil cəmiyyətin inkişafını müəyyən edən əsas institutlardan biridir. Xüsusilə ali təhsil mərhələsi fərdin peşəkar və şəxsi formalaşmasında həlledici rol oynayır. Universitet yalnız bilik verilən məkan deyil, eyni zamanda gəncin müstəqil qərarvermə, məsuliyyət daşıma və sosial mühitə adaptasiya bacarıqlarını inkişaf etdirdiyi bir mərhələdir. Bu baxımdan ali təhsil məktəb pilləsindən mahiyyət etibarilə fərqlənir və daha çox yetkinlik, azadlıq və fərdi məsuliyyət prinsiplərinə əsaslanır.

Avtosfer.az xəbər verir ki, son vaxtlar universitetlərdə valideynlərin iştirak imkanlarının genişləndirilməsi, o cümlədən valideyn iclaslarının təşkili məsələsi gündəmə gəlib. Bu yanaşma ali təhsilin funksiyası və sərhədləri ilə bağlı yeni müzakirələr doğurur. Bu kontekstdə sual yaranır. Görəsən universitetlərdə valideyn iclaslarının təşkili nə dərəcədə məqsədəuyğundur?

Mövzu bağlı təhsil eksperti Ramin Nurəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, ali təhsil müəssisələrində valideynlərə yönəlik tədbirlər demək olar ki, mövcud deyil:

“Məsələn, valideyn iclasları, universitetə gedib övladları ilə maraqlanmaq və ya xüsusi profilaktik görüşlərin təşkili çox nadirdir. Bir neçə valideyn universitetə gedib uşağının nəticələrini öyrənmək istədikdə isə bu, adətən mümkün olmur. Çünki müəllimlərlə görüşə icazə verilmir. İnkişaf etmiş ölkələrdə valideynlər onlayn sistemlər vasitəsilə övladlarının dərsə hazır olub-olmaması, imtahan nəticələri və praktiki bilik səviyyəsini izləyə bilir. Bizdə isə vəziyyət ürək açıcı deyil, çünki bürokratik əngəllər valideynlərin məlumat əldə etməsini çətinləşdirir”.

Ekspertin sözlərinə görə, ali təhsil müəssisələrində valideyn yoxlama mexanizmi mütləq təşkil edilməlidir:

“Əgər onlayn sistem tətbiq olunarsa, valideynlər övladlarının məlumatlarını lazımi şifrə və ya iş nömrəsi ilə izləyə biləcək, universitetə getməyə ehtiyac qalmayacaq. Ən azı hər semestrdə və ya ildə bir dəfə universitetdə şəxsən məlumat almağa icazə verilməlidir. Valideynlər həmçinin istədikləri fənn müəllimi ilə görüşə bilmək imkanına malik olmalıdır. Bəzi ölkələrdə bu, onlayn formada və ya müəllimlərin e-mail ünvanları vasitəsilə həyata keçirilir. Bizdə isə hazırda belə mexanizm yoxdur; sorğular göstərir ki, valideynlərin cəmi bir faizi belə universitetə gedərək övladının nəticələrini izləyə bilir. Bu, ciddi narahatlıq doğuran bir vəziyyətdir. Valideyn yoxlama mexanizmi tətbiq olunarsa, universitetdə övladlarının vəziyyətini izləmək üçün valideynin fiziki olaraq getməsinə ehtiyac qalmayacaq. Bu, ən effektiv metod hesab olunur. Hal-hazırda belə sistem mövcud olmadığı üçün alternativ yollar düşünülməlidir. Valideynlər məlumatlı olduqda uşaqların kəsir vəziyyətindən xəbərsiz qalmaları da aradan qalxar, xüsusilə xarici ali təhsil alanlar üçün bu daha vacibdir”.

Nurcan Babək

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
avtosfer.az

1Sources