Bakı. Trend:
Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasındamünasibətlər üç onillikdən artıqdır ki, ardıcıl və yüksələn xəttüzrə inkişaf edir. Bu münasibətlər diplomatik təmaslarlaməhdudlaşmayıb, onların mərkəzində iqtisadi əməkdaşlıq dayanıb.Enerji layihələri ilə başlanan tərəfdaşlıq zaman keçdikcə dahamürəkkəb və çoxşaxəli iqtisadi platformaya çevrilib. Bu gün Bakıilə Vaşinqton arasında əlaqələri təkcə ticarət dövriyyəsi vəinvestisiya statistikası ilə ölçmək kifayət etməz. Burada söhbəthəm də regional və qlobal miqyasda təsir gücünə malik stratejiiqtisadi sinerjidən gedir.
Azərbaycan–ABŞ iqtisadi münasibətlərinin başlanğıcı 1994-cü ildəimzalanmış Əsrin Müqaviləsi ilə qoyuldu. Həmin sənəd postsovetməkanında ən iri enerji razılaşmalarından biri olmaqla yanaşı,Azərbaycanın qlobal iqtisadi sistemə inteqrasiyasının əsasınıformalaşdırdı. “ExxonMobil” və bp kimi transmilli enerjinəhənglərinin iştirakı ölkəyə kapitalla yanaşı, texnologiya,idarəetmə təcrübəsi və beynəlxalq bazarlara çıxış imkanı gətirdi.Bu əməkdaşlıq modeli sonrakı illərdə iqtisadi münasibətlərin digərsahələrinə də nümunə oldu.
Hazırda Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir və Cənub QazDəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində mühüm roloynayır. ABŞ üçün bu, müttəfiq ölkələrin enerji mənbələrininşaxələndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Enerjitəhlükəsizliyi artıq qlobal sabitliyin əsas elementlərindən biridirvə Azərbaycan bu sistemdə etibarlı təchizatçı kimi qəbulolunur.
Eyni zamanda, əməkdaşlıq yeni enerji mərhələsinə – “yaşılkeçid”ə daxil olur. Azərbaycan Xəzər hövzəsində külək enerjisi,ölkənin müxtəlif regionlarında isə günəş enerjisi potensialınıgenişləndirməyə başlayıb. Yaxın illərdə əlavə 7-8 giqavat bərpaolunan enerji gücünün yaradılması planlaşdırılır. Bu, bir tərəfdəndaxili enerji balansını optimallaşdıracaq, digər tərəfdən isə ixracüçün daha çox qaz həcmi formalaşdıracaq. ABŞ şirkətlərinin “yaşılenerji”, enerji saxlama sistemləri və şəbəkə idarəetməsi sahəsindətəcrübəsi bu prosesdə mühüm rol oynaya bilər. Beləliklə, enerjiəməkdaşlığı artıq hasilatla deyil, texnologiya və dayanıqlılıqanlayışı ilə ölçülür.
2025-ci ilin statistikası da göstərir ki, iqtisadi əlaqələr realvə konkret əsaslara söykənir. Belə ki, ötən il iki ölkə arasındaticarət dövriyyəsi 1,557 milyard dollar təşkil edib. Bununla da ABŞAzərbaycanın əsas ticarət tərəfdaşları sırasında altıncı yerdəqərarlaşıb və ümumi dövriyyədə 3,15 faiz paya malik olub. ABŞ-dənAzərbaycana idxal olunan 1,495 milyard dollarlıq məhsullar əsasənyüksək texnologiya, sənaye avadanlıqları və innovativ həllərdənibarətdir. Həmçinin ötən il Azərbaycandan ABŞ-yə 61,8 milyondollarlıq məhsul ixracı qeydə alınıb. Ümumilikdə, bu, Azərbaycanınsənaye və infrastruktur modernləşməsinin ABŞ texnologiyaları iləparalel getdiyini göstərir.
Digər tərəfdən, Azərbaycanın qeyri-neft sektorunda inkişafı yeniixrac imkanları yaradır. Sənaye parkları, aqrar emal müəssisələri,kimya və metallurgiya sahələri daha rəqabətqabiliyyətli məhsullaristehsal etməyə başlayıb. ABŞ bazarı keyfiyyət standartlarıbaxımından yüksək tələblər qoysa da, həmin bazara çıxış Azərbaycanistehsalçılarının beynəlxalq mövqeyini möhkəmləndirə bilər. Ümumixarici ticarət dövriyyəsinin 49,4 milyard dollara çatması ölkəninqlobal iqtisadi sistemdə aktiv iştirakını göstərir.
İnvestisiya sahəsində dinamika münasibətlərin keyfiyyətcə yenimərhələyə keçdiyini sübut edir. 2025-ci ilin ilk doqquz ayındaABŞ-dən Azərbaycana 133 milyon dollardan çox birbaşa investisiyadaxil olub və bu, illik müqayisədə 30 faiz artım deməkdir. Eynizamanda, Azərbaycanın ABŞ iqtisadiyyatına yatırdığı sərmayələrin117 milyon dollara çataraq 2,5 dəfə artması xüsusi diqqət çəkir. Buqarşılıqlı kapital hərəkəti tərəfdaşlığın bərabərhüquqlu xarakteraldığını göstərir.
2026-cı ilin fevralında Prezident İlham Əliyev və ABŞ-ninVitse-prezidenti Cey. Di. Vens tərəfindən imzalanmış StratejiTərəfdaşlıq Xartiyası iqtisadi əməkdaşlığın yeni istiqamətlərinimüəyyənləşdirdi. Sənəddə logistika, innovasiya, rəqəmsaltransformasiya və sənaye kooperasiyası kimi sahələr ön planaçıxarılır. Bu isə münasibətlərin təkcə mövcud layihələrə deyil,gələcək iqtisadi arxitekturaya yönəldiyini göstərir.
Azərbaycan-ABŞ iqtisadi münasibətlərinin yeni mərhələsi iləbağlı ABŞ Dövlət katibinin iqtisadi, enerji və işgüzar məsələlərləbağlı köməkçisi Kaleb Orr Trend-ə müsahibəsində bildirib ki, hazırdaAzərbaycanda 200-dən çox Amerika şirkəti fəaliyyət göstərir vəVaşinqton ikitərəfli ticarətin genişlənməsində maraqlıdır.
“İqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün əsas istiqamətlərəenergetikaya investisiyalar, regional əlaqəlilik infrastrukturununinkişafı, süni intellekt sahəsində tərəfdaşlıq və rəqəmsalinfrastrukturun gücləndirilməsi daxildir”, – deyə o qeyd edib.
Kaleb Orr əlavə edib ki, ABŞ Azərbaycanın regional rəqəmsalqovşaq kimi rolunun dəstəklənməsi imkanlarını araşdırır vəTransxəzər marşrutunun inkişafı Avrasiya boyunca ticarətitransformasiya edə bilər.
Logistika və nəqliyyat sahəsində Azərbaycan artıq Avrasiyaməkanında mühüm tranzit qovşağına çevrilir. Transxəzər BeynəlxalqNəqliyyat Marşrutu – Orta Dəhliz – Çinlə Avropa arasında alternativvə daha çevik marşrut təqdim edir. Bu marşrutun inkişafı qlobaltəchizat zəncirlərinin şaxələndirilməsi baxımından böyük əhəmiyyətdaşıyır. Bununla yanaşı, TRIPP təşəbbüsü regiondaxili əlaqəliliyigücləndirərək Cənubi Qafqazda iqtisadi inteqrasiyanındərinləşməsinə töhfə verə bilər. ABŞ üçün bu layihələr Avrasiyadadayanıqlı və etibarlı logistika şəbəkəsinin qurulması deməkdir.
Rəqəmsal iqtisadiyyat isə yeni əməkdaşlıq mərhələsinin əsassütunlarından birinə çevrilir. ABŞ-nin innovasiya ekosistemi vətexnologiya şirkətləri Azərbaycanın rəqəmsal transformasiyasınatəkan verir. Maliyyə texnologiyaları və elektron ödəniş sistemlərisahəsində Visa kimi şirkətlərin fəaliyyəti ölkədə nağdsıziqtisadiyyatın payını artırır. Süni intellekt, böyük data və datamərkəzləri istiqamətində əməkdaşlıq Azərbaycanın enerji potensialıilə texnoloji imkanlarını birləşdirərək yeni iqtisadi modelformalaşdıra bilər.
Beynəlxalq müstəvidə bu tərəfdaşlığın faydaları daha genişdir.Avropa üçün Azərbaycan etibarlı enerji və tranzit tərəfdaşıdır.Mərkəzi Asiya ölkələri üçün Azərbaycan üzərindən Qərb bazarlarınaçıxış imkanları genişlənir. ABŞ üçün isə Cənubi Qafqazda iqtisadicəhətdən sabit və açıq bazar prinsiplərinə əsaslanan tərəfdaşınmövcudluğu strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlıq regionalsabitliyi iqtisadi inteqrasiya vasitəsilə möhkəmləndirən model kimiçıxış edir.
Beləliklə, Azərbaycan-ABŞ iqtisadi münasibətləri artıq ənənvienerji əməkdaşlığından daha yeni mərhələyə qədəm qoyur. “Yaşılenerji” keçidi, nəqliyyat və logistika şəbəkələrinin genişlənməsi,rəqəmsal transformasiya, süni intellekt və qarşılıqlı sərmayə axınıbu münasibətləri yeni keyfiyyət mərhələsinə çıxarır. Üç onillikəvvəl neft platformalarında başlanan tərəfdaşlıq bu gün innovasiyavə texnologiya platformalarında davam edir. Bu isə göstərir ki, ikiölkə arasında iqtisadi əməkdaşlıq mövcud imkanlarla yanaşı,gələcəyin iqtisadi arxitekturasına yönəlmiş strateji baxışaəsaslanır.