Bakı. Trend:
Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəzaüsulları ilə bəşər tarixində misli görünməmiş vəhşilik aktıdır.Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməniqəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləməsiyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlararasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir.Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsiyalnız Holokost soyqırımı kimi bəşər tarixinə düşmüş qanlı faciəilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu soyqırımıtəkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşıyönəlmiş ən ağır cinayətlərdəndir. Faciə günü Xocalı şəhərini tərkedən əhali ermənilər tərəfindən pusquya salınaraq qətlə yetirildivə girov götürüldü. Amansız hücum başladıqdan sonra Xocalıda qalan2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxınməkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdi. Əsasən qadınvə uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda təqibdəngizlənən zaman donvurma nəticəsində həlak oldular. Bu soyqırımınəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmaqla 613 nəfəröldürüldü. 8 ailə tamamilə məhv edildi. 56 nəfər xüsusi qəddarlıqlaöldürüldü. 487 insan əlil oldu, 1275 insan əsir götürüldü. 1165nəfəri daha sonra girovluqdan azad etmək mümkün olub. 150 nəfərintaleyi barədə indiyə kimi heç bir məlumat yoxdur.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.
Milli Məclisin deputatı vurğulayıb ki, Xocalıya qədər dəermənilər Qarabağda azərbaycanlılara qarşı kütləvi qırğınlartörətmişdilər: "Belə ki, 1991-ci ilin oktyabr ayının sonundanXocalıya gedən bütün avtomobil yolları bağlanmış və şəhərmühasirəyə alınmışdı. Yanvar ayından Xocalıya elektrik enerjisi dəverilmirdi. Bu yaşayış məntəqəsinin Azərbaycanın digər bölgələriilə bütün əlaqələri kəsilmişdi, yeganə nəqliyyat vasitəsi yalnızvertolyot idi. 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan Mİ-8vertolyotu Xəlfəli kəndinin üzərində Xankəndi istiqamətindən atılanraketlə partladıldı, içərisində olan 3 nəfər heyət üzvü və 41sərnişin həlak oldu. 1991-ci ilin sonunda Qarabağın dağlıqhissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ,İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu kəndləri,Kərkicahan qəsəbəsi və digər strateji əhəmiyyətə malik yaşayışməntəqələrimiz ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talanedildi. 1992-ci il fevralın 12-də Şuşanın Malıbəyli və Quşçularkəndlərində törədilmiş qarət və qırğınlar nəticəsində təkcəMalıbəyli kəndində 50 nəfər öldürüldü, onlarla insan yaralandı vəgirov götürüldü. Həmin il fevralın 17-də Ermənistan silahlıqüvvələri və Xankəndidəki 366-cı motoatıcı alayı Xocavənd rayonununQaradağlı kəndində törətdiyi qırğın nəticəsində kəndin hər 10sakinindən biri şəhid olub. 104 nəfər və müdafiə dəstəsinin 15 üzvüəsir götürülüb, onlardan 80 nəfəri qətlə yetirilib. Öldürülənlərdən10-u qadın, 8-i uşaqdır. Ümumilikdə, Qaradağlı 1988-1992-ci illərdə305 dəfə düşmən hücumuna məruz qalmışdı. Bu, Xocalı faciəsinəaparan yolun başlanğıcı idi. Qaradağlı faciəsinə amansızlığınmiqyasına görə “ikinci Xocalı” da deyirlər. Bunlar tariximizinfaciəli səhifələridir. Onlar unudulmamalı və gələcək nəsillərəçatdırılmalıdır. Başımıza gətirilən bu faciələr xalqımızı heç zamansındırmadı, iradəmizə heç bir təsir göstərmədi. Əksinə daha dabütövləşdik, mətinləşdik, gücləndik".
Vüqar Rəhimzadə qeyd edib ki, 1993-cü ildə Ulu Öndər HeydərƏliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonraAzərbaycanın həyatında yeni bir mərhələ başladı: "Bu qayıdışAzərbaycanın bütün sahələrdə uğurlu inkişafına yol açdı, Azərbaycanyenidən quruldu. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyərəhbərlik edənlərin yarıtmaz siyasəti, şəxsi ambisiyalarını dövlətmaraqlarından üstün tutmaları nəticəsində baş verən təhlükələrin,faciələrin qarşısı alındı, həqiqətlərimizin, o cümlədən XX əsrin əndəhşətli soyqırımı aktı olan Xocalı qətliamının əsl mahiyyətininbeynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlaratıldı. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın24-də Milli Məclis “Xocalı soyqırımı (genosidi) günü haqqında”qərar qəbul etdi. Ümummilli Liderin 25 fevral 1997-ci il tarixliSərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etməkməqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycanərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiraməlaməti olaraq sükut dəqiqəsi elan edildi".
Millət vəkili bildirib ki, son 22 ildən artıq dövrdə Prezidentİlham Əliyev Xocalı soyqırımı ilə bağlı beynəlxalq ictimaiyyətingeniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətininprioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib:"Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondununprezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev FonduXocalı soyqırımı haqqında faktların dünyaya çatdırılmasıistiqamətində ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə HeydərƏliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü iləbaşlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdətəbliğat işini daha da gücləndirib. Belə ki, kampaniya bir çoxölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosialşəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr,konfranslar, seminarlar və digər tədbirlər kampaniyanınməqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkiledir. “Xocalıya ədalət” kampaniyasının strateji məqsədləri Xocalısoyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi vəsiyasi qiymətin verilməsi, Ermənistan hökuməti tərəfindən Xocalısoyqırımına görə rəsmi üzr istənilməsi, vurulmuş ziyana görə tamolaraq kompensasiyanın ödənilməsi, müvafiq cinayətlərintörədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması,Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığınınartırılması, faciə qurbanlarının xatirəsinin yad edilməsi, sağqalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlardayaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasıdır".
Vüqar Rəhimzadə vurğulayıb ki, həqiqətlərimizin təbliğiistiqamətində atılan addımların nəticəsidir ki, Xocalı soyqırımıilə bağlı artıq 18 ölkənin qanunverici orqanı, həmçinin ABŞ-ın 24ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir:"20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslamƏməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimitanıyan qətnamə qəbul edilmişdir. 2013-cü ilin fevral ayındaQahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasındaqəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımınıntanınması istiqamətində zəruri səylər göstərməyə çağırılıb. Hazırdaxarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinəucaldılmış 10 abidə mövcuddur. Dövlət başçısı İlham Əliyevin“Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksininyaradılması haqqında” Sərəncamı, 2024-cü ilin 26 fevral tarixindəXocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin təməlqoymamərasiminin keçirilməsi də bu məqsədə xidmət edir. Memorialda faciəilə bağlı sənədli filmlər, Xocalı həqiqətləri barədəvideomateriallar nümayiş olunacaq. Eyni zamanda, Xocalının işğaldanazad olunması və cinayətkarların cəzalandırılması istiqamətindəgörülən tədbirlər barədə məlumatlar yer alacaq".
Milli Məclisin deputatı qeyd edib ki, 2020-ci il sentyabrın27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi ermənivəhşiliyinin təqdimatında öz sözünü dedi: "Döyüş meydanındaAzərbaycan əsgərinin qarşısında aciz qalan Ermənistan silahlıqüvvələri hərbi əməliyyatların getdiyi ərazilərdən uzaqda yerləşənyaşayış məntəqələrimizi raket atəşinə tutdu. Nəticədə aralarındauşaqların, qadınların da olduğu dinc sakinlər həlak oldu. Gəncəyə,Bərdəyə, Tərtərə, Naftalana və digər yaşayış məntəqələrimizə atılanraketlər erməni faşizminin nə qədər təhlükəli olduğunu bir dahagöstərdi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezidentİlham Əliyevin rəhbərliyi ilə 44 gündə Zəfər tarixini yazdı.Torpaqlarımız işğaldan azad edildi, tarixi ədalət bərpa olundu.2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan SilahlıQüvvələrinin həyata keçirdiyi lokal xarakterli antiterrortədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi,Azərbaycanın həyatında yeni dövr başladı. Dövlət başçısı, MüzəffərAli Baş Komandan İlham Əliyev 2023-cü ilin 15 oktyabr tarixindəAzərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədəucaltdı. Azərbaycan bu Zəfərləri ilə yeni reallıqlar yaratdı.Hazırda bu reallıqlar əsasında azad edilmiş ərazilərdəbərpa-quruculuq işləri aparılır, eyni zamanda, regionda dayanıqlısülhün və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan sülhgündəliyinin müəllifi kimi diqqətdədir. Bu gün bütün azad edilmiştorpaqlarımız, o cümlədən Xocalı həyatının yeni dövrünü yaşayır.2024-cü il mayın 28-də Xocalı şəhərinə ilk köç karvanı yolasalındı. Bu qayıdış hər birimizdə böyük qürur hissi yaratdı. Dövlətbaşçısı İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızlarıArzu Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşdülər. Prezidentİlham Əliyev həmin görüşdə bir daha bildirdi ki, bu gün bax, burada– Xocalıda, - cəmi 8 ay ərzində bərpa edilmiş Xocalıda, -görüşməyimiz əlbəttə ki, xüsusi məna daşıyır. Məhz MüstəqillikGünündə mən sizinlə yenidən görüşmək istəmişəm. Üç ay bundan əvvəl- fevralın 26-da hər birimiz üçün faciəli gündə Xocalıda MemorialKompleksin təməlini qoyduq. Bu gün isə artıq xocalılılar qayıdır vəşəhər də göz oxşayır.
Xocalı şəhəri və rayonun kəndlərinin məskunlaşması davam edir.2026-cı il 19 yanvar tarixinə qədər Xocalı şəhəri və kəndlərinə 881ailə, 3.602 nəfər köçürülüb. Ötən il dövlətimizin başçısı Xocalırayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakəndkəndlərinin sakinləri ilə görüşdü və bir daha vurğuladı ki, siz vəsizin davamçılarınız doğma Qarabağ diyarında artıq əbədiyaşayacaqsınız. Bu, ədalətin təntənəsidir. Biz ədaləti bərpa etdik,ilk növbədə, öz haqqımızı bərpa etdik, erməni işğalına son qoyduq.Uzun illər köçkün həyatı yaşamış insanlar ən gözəl şəraitəlayiqdirlər: "Mən xatırlayıram, o vaxt işğal dövründə köçkünlərləçoxsaylı görüşlərimdə deyirdim ki, sizin üçün dövlət şəraityaratmağa çalışır və biz bunu etmişdik. Təqribən 300 minə yaxınkeçmiş köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təminedilmişdi. Ancaq hər dəfə çadır şəhərciyinin açılışında deyirdimki, bu, müvəqqəti yaşayış yeridir. Qarabağ azad olunandan sonrasizin üçün Qarabağda daha gözəl şərait yaradacağıq, o da oldu.Əlbəttə ki, bütün dünya bu gün Azərbaycan haqqında danışır. Özdoğma torpağı uğrunda Azərbaycan qədər vuruşan, döyüşən, qan tökən,şəhid verən və qalib gələn ikinci ölkə yoxdur".