EN

WhatsApp-da YENİ FUNKSİYA! Mesajları planlamaq olacaq

Dünyanın ən populyar mesajlaşma tətbiqi WhatsApp-a yeni funksiya əlavə olunur. Yeni xüsusiyyət sayəsində istifadəçilər mesajlarını gələcək tarixə planlaya və qarşı tərəfə avtomatik göndərə biləcəklər. Bu xüsusiyyət xüsusilə doğum günləri və digər xüsusi günləri unutmaq istəməyənlər üçün böyük rahatlıq təmin edəcək.

Far.Az xarici mediaya istinadən xəbər verir ki, dünya üzrə 2 milyarddan çox aktiv istifadəçisi olan WhatsApp, yeniliklərlə istifadəçi təcrübəsini yaxşılaşdırmağa davam edir. Meta şirkətinə məxsus platformada sınaqdan keçirilən "planlı mesaj" funksiyası mesajlaşma vərdişlərini dəyişdirəcək yeniliklər arasında göstərilir.

İstifadəçilər planladığı mesajları istədikdə redaktə edə və ya ləğv edə biləcəklər.

Funksiya hazırda WhatsApp-ın iOS üçün 26.7.10.72 kodlu beta versiyasında sınaqdan keçirilir. Hələ bütün istifadəçilərə təqdim olunma vaxtı açıqlanmayıb.

Yeni funksiya WhatsApp-ın digər mesajlaşma tətbiqləri ilə rəqabət gücünü artırması gözlənilir.

Chosen
1
2
far.az

3Sources