EN

Zelenski: “Müstəqilliyimizi qoruduq, Putin hədəflərinə çatmadı”

Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümü münasibətilə bağlı danışıb.

"Yeni Sabah" xəbər verir ki, Ukrayna Prezidenti videomüraciətdə müharibə başlayan anı xatırladyıb.

O, Kiyevdə, Prezident Administrasiyası binasında yerləşən sığınacaqda olub və məhz oradan dünya liderləri ilə əlaqə saxlayıb.

Zelenski həmin gün ABŞ-nin o zamankı prezidenti Co Bayden ilə də danışdığını xatırladıb. Onun sözlərinə görə, Bayden ona Ukraynanı tərk etməyi təklif edib, lakin Zelenski bu təklifə “Mənə taksi yox, silah lazımdır” cavabını verib.

Prezident bildirib ki, müharibənin ilk saatlarında Ukrayna xalqı həm qorxu, həm də qeyri-müəyyənlik yaşasa da, hər kəs ölkəni müdafiə etməyin vacibliyini anlayırdı.

Zelenski vurğulayıb ki, Ukrayna xalqı bu müharibədə müqavimət göstərərək dövlətini qoruyub və Rusiyanın planlarının həyata keçməsinə imkan verməyib:

“Deməyə haqqımız var: Müstəqilliyimizi qoruduq, dövlətimizi itirmədik, Putin hədəflərinə çatmadı”.


Telegram kanalımız
Chosen
12
yenisabah.az

1Sources