Rəqqasə Fatimə Fətəliyeva müğənni Səidə Sultan və aparıcı Tarix Əliyev (Tolik) arasında qalmaqala münasibət bildirib.
O, sosial media hesabında paylaşım edərək ağbirçək və ağsaqqalları məsələyə aydınlıq gətirməyə dəvət edib:
“Hamımız bir ailənin üzvüyük. Çoxları susur, amma mən, Fatimə Fətəliyeva 27 ildir bu insanlarla üz-üzə gəlirəm. Çox xahiş edirəm ki, dəyərli ağbirçəklərimiz, ağsaqqallarımız bu məsələni müzakirə etsin və bu biabırçılığa son qoysunlar. Gələcək nəsillərin hamısı bizə baxır. Pis-yaxşı çox şeylər görmüşük. Övladlarımızı bu niyyətlərlə böyütməməliyik”. /Yeni Sabah/