EN

Sənin ərindən fərqli olaraq... -

Əvvəl 44 günlük Vətən müharibəsində, sonra isə cəmi 23 saat çəkən antiterror əməliyyatında cavablarını verdik. Başlarını necə itirdilərsə, tankı qoyub unitazdan yapışdılar. Layiq olduqları qiyməti də elə o vaxt aldılar: Tankı qoyub unitazi aparan erməni. Cəsur Azərbaycan xalqı adamı belə qarın ağrısına salır... Qarınlarının ağrısı hələ kəsməyib. Hərbçilərimizdən sonra meydana çıxan Azərbaycan diplomatları beynəlxalq müstəvidə cavablarını verirlər. Başlarına "dəmir yumruq" dəyməsə də, hər gün ağızlarının üstünə "yağlı" şapalaq dəyir. Buna görə də ağızlarının danışığını bilmirlər.Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin dəmir məntiqi qarşısında dili topuq vuran erməni revanşistlər yenə böhtana, şantaja əl atırlar. Ötən gün Ermənistan İctimai Radiosunun facebook səhifəsində hüquq müdafiəçisi Siranus Sahakyanın açıqlamasını oxudum. Bakıda erməni canilər üzərində aparılan məhkəmə prosesinin ədalətli keçirilmədiyini iddia edir. Üzünə baxanda Siranuş Sahakyan normal adama oxşayır. Sarsaq işlərə baş qoşmasa, onu gələcəkdə “Xəyanət” serialında Elxan Yunusun məşuqəsi roluna çəkmək olar. Di gəl ki, öz işi ilə məşğul olmur, başı girməyən yerə bədənini dürtür. Ay ifritə, iki gün sonra Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarını növbəti dəfə anacaq. O kadrları izləyəndə ölüb yerə girirsən? Mənsub olduğun xalqın nümayəndələrinin gühansız insanlara, qocalara, qadınlara, uşaqlara qarşı törətdiyi bu ağlasığmaz vəhşiliyə görə az da olsa xəcalət çəkirsən? Soyuq qış gecəsi isti evindən didərgin düşüb Xocalı meşələrində güllələnən babaların, nənələrin günahı nə idi? Qulağının dibindən halva iyi gələn, yaddaşını itirən, hər gün şalvarını batıran ustadın Zori Balayanın bu etiraflarını oxumusan? Gəl birlikdə oxuyaq: “Biz Xaçaturla evə girərkən əsgərlərimiz on üç yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk usağı çox səs-küy salmasın deyə, Xaçatur usağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra bu usağın başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk usağı yeddi dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum bu sevincdən qürürlanırdı...” O uşaqların ahı sizi tutsun! Bakıda bu cinayətləri törədən adamların məhkəməsi gedir. Heyvandan fərqi olmayan bu məxluqlar üçün adam balası kimi şəffaf məhkəmə prosesi təşkil olunub. Bütün dəlillər üzlərinə çırpılır. Bu dəlilləri danmaq üçün adam ancaq erməni olmalıdır. Sənin kimi... Əlimdə əlac olsaydı, imkanım çatsaydı, sənin o dilini dibindən qoparardım. Həyasızlığının cəzası budur. Amma bunu eləmərəm. Atandan, qardaşından, ərindən fərqli olaraq, biz azərbaycanlı kişilər qadına, uşağa əl qaldırmırıq. Biz yıxılana balta çalmırıq, yıxılanı ayağa qaldırırıq. Azərbaycan xalqı humanist olduğu üçün minlərlə dinc erməni Qarabağdan sağ-salamat köçdü, birinin də burnu qanamadı. Bizim əlimizdən qurtuldunuz, amma tarixin lənətindən heç vaxt xilas ola bilməyəcəksiniz...

Seymur Verdizadə

Chosen
2
metbuat.az

1Sources