Pakistanın Xayber-Paxtunxvanın Kohat rayonunda polis avtomobilinə hücum olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 7 polis həlak olub.
Hücumdan sonra Kohatdan əraziyə əlavə polis qüvvələri göndərilib və hücum edənləri yaxalamaq üçün axtarış əməliyyatı başlayıb.
Hadisə ilə bağlı araşdırmalar başlanılıb.