EN

Şəxsin toyda çəkilən xoşagəlməz videosunu internetdə paylaşmaq qadağan ediləcək

Bakı. Trend:

Toy və yas mərasimlərində şəxsin arzuolunmaz vəziyyətdə çəkilmiştəsvirinin sosial şəbəkələrdə tirajlanması şəxsiyyət hüquqlarınamüdaxilə hesab ediləcək.

Trend xəbərverir ki, bu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında 24 dekabr 2025-ci iltarixli qərarında qeyd olunub.

Bildirilib ki, açıq və qapalı məkanlarda keçirilən kütləvitədbirlərdə (yığıncaqlar, qurultaylar, konfranslar, konsertlər,tamaşalar, idman yarışları, toy və yas mərasimləri və s.) digərqanunla qadağan olunmayan məqsədlərlə çəkilişlərin aparılmasına,habelə yayılmasına şəxslərin razılığı tələb olunmur.

Lakin kütləvi tədbirlərdə konkret şəxsin onun üçün açıq-aydınarzuolunmaz vəziyyətdə çəkilmiş təsvirinin əsas obyekt kimiyayılması, habelə şərəf və ləyaqətini alçaldan tərzdə, yəniistehzalı, zarafat və ya lağ konteksində sosial şəbəkələr və yadigər vasitələrlə tirajlanması şəxsiyyət hüquqlarına hüquqaziddmüdaxilə hesab ediləcək.

Chosen
18
17
az.trend.az

10Sources