EN

Bu Avropa ölkələri məhkəməyə müraciət edəcək KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avropa İttifaqının (Aİ) bir sıra ölkələri, Avropa Komissiyasının Avropa Parlamentinin (AP) səlahiyyətlərini genişləndirmək qərarı ilə bağlı məhkəməyə müraciət ünvanlamağı planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə Politico portalı Aİ Şurasının layihə məktubuna istinadla məlumat yayıb.

Layihə sənədinin son variantı 25 fevral tarixində ölkələr tərəfindən təsdiqlənməsi planlaşdırılır. Sənəddə sentyabr 2025-ci ildə Komissiya ilə Parlament arasında bağlanan razılaşmaya etiraz ifadə olunur. Məktubda bildirilir ki, Şura “çoxsaylı dəfə ciddi şübhələrini” ifadə edib və razılaşmanın Aİ müqavilələrinin prinsiplərinə uyğun olub-olmadığını şübhə altına alır. Sənəddə həmçinin qeyd olunur ki, müqavilələr Şuraya Parlamentdən daha çox səlahiyyət verir.

Mübahisəli məsələlər arasında deputatların beynəlxalq danışıqlarda iştirakı və Parlamentin ticarət razılaşmalarını ratifikasiya etmədən əvvəl Komissiyanın hərəkətlərini təsdiqləmək imkanı yer alır. Bundan əlavə, Avropa Komissiyası Parlamentin qanun layihəsi hazırlanması ilə bağlı sorğusuna cavab vermədikdə ətraflı izahat təqdim etməyə məcbur olacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
1
konkret.az

2Sources