EN

Hindistanda faciəvi hadisə - Təcili yardım təyyarəsi qəza törətdi

Hindistanın Jharkhand vilayətində ambulans təyyarəsi qəza törədib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 7 nəfərin həyatını itirdiyi bildirilir.

Hindistanın Mülki Aviasiya Ümumi İdarəsi (DGCA) tərəfindən edilən açıqlamaya əsasən, "Redbird Airways" şirkətinə məxsus "Beechcraft C90" tipli təyyarənin Jharkhand vilayətinin paytaxtı Ranchidən havalandığı bildirilib.

Açıqlamada təyyarə ilə əlaqənin təxminən 20 dəqiqə sonra kəsildiyi və daha sonra təyyarənin Chatra bölgəsində düşdüyü təsbit edildiyi vurğulanıb.

Rəsmi mənbələr təyyarədə 2 pilotun, bədənində yanıq olan 41 yaşlı bir xəstə, həmin xəstəyə müşayiət edən iki müşayiətçi, bir həkim və bir tibb işçisinin olduğunu açıqlayıb.

Hadisə ilə bağlı araşdırma davam edir.

Chosen
11
manset.az

1Sources