Bakı. Trend:
Hərbi-sənaye şirkəti “Lockheed Martin” beşinci nəsil “F-35”qırıcı təyyarəsinin hərbi süni intellekt (Sİ) ilə sınaqlarınıhəyata keçirib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Korporasiyanın açıqlamasına görə, ABŞ-nin Nevada ştatındakeçirilən sınaq uçuşu zamanı “Lockheed Martin tərəfindənhazırlanmış və öyrədilmiş süni intellekt modeli radiasiyamənbələrinin identifikasiyasında mövcud qeyri-müəyyənliyi aradanqaldıraraq situasiya məlumatlılığını artırıb və pilotun qərar qəbuletmə prosesindəki gecikməni azaldıb”.
Qeyd olunur ki, bu, beşinci nəsil platformaya inteqrasiyaedilmiş altıncı nəsil texnologiyalarının nümayişidir.