EN

Oktayla Bayramov Azərbaycan Ermənistan sülh prosesini müzakirə edib

ain.az bildirir, Bakivaxti portalına istinadən.

"Xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycan-Ermənistan sülh prosesini müzakirə etdik".

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr Komitəsinin sədri Fuat Oktay Bakıda Türk Şəhidliyini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, normallaşma prosesi çərçivəsində bütün işlərin son dərəcə pozitiv getdiyini öyrənməkdən son dərəcə məmnun olub.

F.Oktay onu da deyib ki, bu gün xüsusilə Türkiyə, Azərbaycan və Gürcüstan arasında münasibətlər son dərəcə möhkəmdir və gələcək üçün daha ciddi potensialın mövcudluğunu bir daha nümayiş etdirir. 

O, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcəyini deyərək, daha sonra Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli görüş olacağını vurğulatıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
bakivaxti.az

1Sources