EN

ABŞ idxala 10 faiz qlobal tarif tətbiq edib

Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.

Tariflər bu gündən qüvvəyə minib

ABŞ Prezidenti Donald Tramp həftəsonu elan edilən 15 faizlik tarif əvəzinə idxala 10 faiz yeni qlobal tarif tətbiq edib. AYNA.AZ "Financial Times"a istinadən bildirir ki, bu barədə ABŞ Gömrük İdarəsindən qeyd olunub.

Tariflər bu gün Bakı vaxtı ilə saat 09:01 qüvvəyə minib.

“NBC News” xəbər verir ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsi idxalçılara ilkin tarif dərəcəsinin 10% olacağını və istisnalar təmin edilmədiyi təqdirdə bütün ölkələrə 150 ​​gün müddətində tətbiq olunacağını bildirib.

Ağ Ev bu məlumatı təsdiqləyib və qeyd edib ki, Prezident Administrasiyası tarifi 15%-ə qaldırmaq üçün çalışır, lakin bunun üçün ayrıca bir icra sərəncamı tələb olunacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
ayna.az

1Sources