EN

Fuad Oktay: Bu gün Azərbaycan və Gürcüstanla üçtərəfli görüş keçirdik

BAKI, 24 fevral. TELEQRAF

"Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə üçtərəfli formatda Azərbaycan-Türkiyə və Gürcüstanla görüş keçirdik.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasının sədri Fuat Oktay "Türk şəhidliyi" abidəsini ziyarət edərkən deyib.

"Görüşdə regional məsələlərə və ikitərəfli münasibətlərə toxunmaq, onları dəyərləndirmək imkanı əldə etdik. Üçtərəfli münasibətlər çərçivəsində, xüsusilə Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları barədə çox ətraflı müzakirələr aparıldı.

Sülh danışıqlarının son dərəcə müsbət getdiyini eşitməkdən məmnun olduq.

Bundan əlavə, bir çox yeni layihələr istiqamətində, istərsə də Bakı-Tbilisi- Qars və ya Bakı-Tbilisi-Ceyhan kimi layihələr çərçivəsində müsbət inkişafların olduğunu və işlərin davam etdiyini öyrəndik. Bundan başqaAzərbaycanın bu gün dünyada neft və qazın boru kəmərləri vasitəsilə ixracı və daşınması sahəsində ilk sırada olduğunu bir daha öyrənməkdən məmnunluq duyduğumuzu ifadə etmək istəyirik", - deyə F. Oktay əlavə edib.

Chosen
7
1
teleqraf.com

2Sources