EN

ADPU tələbələri şəhid Muxtar Qasımlının məzarını ziyarət ediblər

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin üzvləri Vətən müharibəsi şəhidi Muxtar Əli oğlu Qasımlının doğum günü münasibətilə onun məzarını ziyarət ediblər.

Universitetdən AZƏRTAC-a bildirilib ki, ziyarətin əsas məqsədi Vətən uğrunda canını fəda etmiş qəhrəman şəhidimizin əziz xatirəsini yad etmək, gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək və şəhidlərimizin keçdiyi şərəfli döyüş yolunu bir daha xatırlatmaq olub.

Ziyarət zamanı şəhidin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
azertag.az

1Sources