EN

“Putin Kiyevi 3 günə götürəcək” iddiasından 4 il ötdü

Bu gün “Putin Kiyevi üç günə ələ keçirəcək” deyilməsindən dörd il ötür.

Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsinin dördüncü ildönümündə xalqa müraciətində deyib.

“Və bu, müqavimətimizdən, Ukraynanın bütün bu müddət ərzində necə mübarizə apardığından çox şey ifadə edir. Bu sözlər milyonlarla insanımızdan, böyük cəsarətdən, zəhmətdən, dözümlülükdən və Ukraynanın 24 fevraldan bəri keçdiyi uzun səyahətdən çox şey ifadə edir”, - deyə Zelenski bildirib.

"Bizim deməyə tam haqqımız var: biz müstəqilliyimizi müdafiə etdik, dövlətçiliyimizi itirmədik, Putin məqsədlərinə çatmadı. O, Ukrayna xalqını sındıra bilmədi, bu müharibədə qalib gəlmədi. Biz Ukraynanı qoruduq və sülhə və ədalətə nail olmaq üçün hər şeyi edəcəyik", - deyə o əlavə edib.

Chosen
18
publika.az

1Sources