EN

"Beşiktaş" və "Fənərbağça" eyni futbolçu ilə maraqlanır

BAKI, 24 fevral. TELEQRAF

Hollandiyanın “Utrext” klubunun futbolçusu Suffian El Karouani karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Teleqraf "Africa Foot" portalına istinadən xəbər verir ki, 25 yaşlı oyunçu ilə Superliqa təmsilçiləri "Fənərbağça" və "Beşiktaş" yaxından maraqlanır.

Mövsümün sonunda Hollandiya təmsilçisi ilə müqaviləsi başa çatacaq futbolçu təklifləri həmin vaxt dəyərləndirəcək. Bu, transfer xərclərini minimum saxlamaq istəyən klublar üçün cəlbedici amil kimi qiymətləndirilir.

Bundan başqa, Karouani ilə İngiltərə Premyer Liqasından "Vest -Hem", Portuqaliyadan "Sportinq" və "Portu", Almaniyadan isə "Volfsburq" klubları da maraqlanır.

Qeyd edək ki, Karouani bu mövsüm "Utrext" forması ilə 38 oyunda 3 qol və 16 məhsuldar ötürmə göstərib. Transfermarkt məlumatına görə, futbolçunun bazar qiyməti 15 milyon avro təşkil edir.

Chosen
2
teleqraf.com

1Sources