EN

Göyçayda zəncirvarı qəzada xəsarət alan sürücü xəstəxanada ölüb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Göyçay, 24 fevral, Rəşad Türkoğlu, AZƏRTAC

Göyçayda baş verən yol qəzasında sürücü ölüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün əvvəl Göyçayda qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Göyçayın Ləkçıplaq kənd sakini 22 yaşlı Şamil Yusifov bu səhər saatlarında dünyasını dəyişib.

Xatırladaq ki, fevralın 22-si gecə saatlarında Göyçay–Bərgüşad avtomobil yolunun rayonun Türkmən kəndi ərazisində üç minik maşınının toqquşması ilə nəticələnən zəncirvari yol qəzası baş verib. Qəza zamanı 22 yaşlı Şamil Yusifov xəsarət alaraq avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Əzilmiş metal konstruksiya kəsilərək xilas edilən sürücü Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
azertag.az

1Sources