EN

Putin məqsədinə çatmadı, Ukraynanı xilas etdik!

Bu gün Putinin Kiyevi üç günə ələ keçirmək istəməsindən düz dörd il ötür. Bu, bizim müqavimətimizdən, Ukraynanın bu müddət ərzində apardığı mübarizədən xəbər verir. Bu sözlərin arxasında milyonlarla insanımız, böyük cəsarət, zəhmət, dözümlülük və Ukraynanın 24 fevraldan bəri keçdiyi nəhəng bir yol dayanır.

Turkustan.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciətində deyib.

“İşğalın başlanğıcını xatırlayaraq və bu günə nəzər salaraq deməyə tam haqqımız var: müstəqilliyimizi müdafiə etdik, dövlətçiliyimizi itirmədik, Putin məqsədlərinə çatmadı. O, Ukrayna xalqını sındıra bilmədi, bu müharibədə qalib gəlmədi. Biz Ukraynanı xilas etdik və sülhə və ədalətə nail olmaq üçün hər şeyi edəcəyik”, - Zelenski bildirib./axar.az

Chosen
4
3
turkustan.az

4Sources