ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mövsümün əvvəlində 1-ci liqanın favoriti sayılan "Səbail" ümidləri doğrultmur.Uğursuz nəticələrdən sonra Elvin Məmmədovla yolları ayıran Bayıl təmsilçisi yeni baş məşqçi Adil Şükürovun rəhbərliyi altında da sərfəli nəticələr qazana bilmir. Bu üzdən komanda 26 xalla 4-cü sırada qərarlaşıb və lider "Şəfa"dan 7 xal geridədi. "Baku Sportinq"in ikinci sırada olması, qış fasiləsində xeyli sayda təcrübəli futbolçuyla güclənən "Mingəçevir"in təzyiqi artırması "dənizçilər"in çempionluq hədəfini təhlükəyə atır.Qeyd olunan məqamlarla bağlı fikrini öyrənmək üçün "Səbail"in icraçı direktoru Firuz Abdullaya müraciət etdik. Onun "Football-plus.az"a cavabı:
"Çempionat uzun marafondu. Ümidimiz sona qədər davam edəcək. İnam itməyəcək. Rəqiblər güclənib. Bu amil 1-ci liqaya marağın artması baxımından yaxşıdı. Bir neçə komandaya qarşı mübarizə aparırıq. Çempion olmaq istəyənlər çoxdu. Rəqabət yüksək səviyyədədi. Belədə xal itkilərinin olması normaldı, çünki bəzi səhvlərə yol veririk. Yenə də inanırıq ki, hədəfimizə çatacağıq".
KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.