EN

Mingəçevirdə 153 milyon manatlıq tikinti

Yazını böyüt
Yazını kiçilt

2026-cı ildə bir sıra sənaye parklarında açılış və təməlqoyma mərasimləri nəzərdə tutulub.

Hafta.az xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov açıqlamasında bildirib ki, gələn il Sumqayıt, Ağdam, Araz vadisi İqtisadi Zonası, Pirallahı və Hacıqabul sənaye parklarında yeni müəssisələrin istifadəyə verilməsi və bir sıra layihələrin təməlqoyması planlaşdırılır.

Layihələrin icrası nəticəsində ümumilikdə 3000-ə yaxın yeni iş yerinin yaradılması gözlənilir.

Sədr əlavə edib ki, Mingəçevir şəhərində dəyəri 153 milyon manat olan tekstil müəssisəsi də fəaliyyətə başlayacaq.

Chosen
20
1
hafta.az

2Sources