EN

Milan da ciddi İTKİ: 2 ay oynamayacaq

ain.az, Milli.az saytına istinadən bildirir.

"Milan" ciddi itki ilə üzləşib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, komandanın yarımmüdafiəçisi Ruben Loftus-Çik aldığı zədə səbəbindən uzun müddət komandaya kömək edə bilməyəcək.

Klubun yaydığı rəsmi açıqlamaya görə, 30 yaşlı futbolçunun çənəsində sınıq aşkarlanıb və o, cərrahi əməliyyat keçirib. Hadisə A Seriyasının XXVI turunda "Parma"ya qarşı keçirilən və "rossoneri"nin məğlub olduğu ev oyununda baş verib.

Loftus-Çik matç zamanı rəqibin qapıçısı Edoardo Korvi ilə toqquşub. Zərbənin təsirindən futbolçu meydanı xərəkdə tərk edib və dərhal xəstəxanaya aparılıb.

Məlumatda qeyd olunur ki, yarımmüdafiəçinin hazırkı vəziyyəti qənaətbəxşdir və o, artıq xəstəxanadan evə buraxılıb. Onun təxminən səkkiz həftə ərzində yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, Loftus-Çik 2025/2026 mövsümündə bütün turnirlərdə 27 oyuna çıxaraq 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Hüseyn

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
4
1
news.milli.az

2Sources