EN

İranda helikopter qəzaya uğradı: Ölənlər var

İranın İsfahan bölgəsində helikopterin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
 


 

"Xomeynişəhr yaxınlığındakı Dorçe şəhərində helikopter qəzaya uğrayıb", - deyə nəşr məlumat yayıb.


Məlumata görə, helikopter İran ordusuna məxsus olub və təlim məqsədləri üçün istifadə edilib.


Qəza zamanı həm pilotun, həm də köməkçi pilotun həlak olduğu bildirilir.


Qəzanın səbəbi ilə bağlı təfərrüat hələlik rəsmi olaraq açıqlanmayıb.

Chosen
9
7news.az

1Sources