EN

Ermənistan iqtidarında “Gümrü-2” qorxusu: Paşinyan administrasiyası təşvişdədir ÖZƏL

Ermənistan rəhbərliyi parlament seçkiləri ərəfəsində ciddi narahatlıq içindədir. Hakimiyyət artıq bir həftədir ki, genişmiqyaslı təbliğat kampaniyasına başlayaraq, seçkilərdə iştirak edəcək əsas müxalif qüvvələrin ölkədə "Gümrü-2" ssenarisini reallaşdırmaq istədiyini iddia edir.

Olaylar.az xəbər verir ki, bu barədə məlumat yayan "Hraparak" qəzeti mövzu ilə bağlı diqqətçəkən məqamlara toxunub. Təxminən bir il əvvəl Gümrüdə keçirilən yerli seçkilərdən sonra müxalif qüvvələr birləşərək hakim "Mülki Müqavilə" partiyasının hakimiyyəti ələ keçirməsinə mane olmuşdular. Nikol Paşinyan və onun komandası bu cür post-seçki konsolidasiyasını (birləşməsini) ictimaiyyətə "dəhşətli bir təhlükə" kimi təqdim etməyə çalışır.

Nəşr qeyd edir ki, hakimiyyət dəyişikliyi üçün müxalifətin əməkdaşlıq etməsi, koalisiya qurması və memorandumlar imzalaması tamamilə təbii siyasi prosesdir.

Xəbərdə vurğulanır ki, hakimiyyətin bu aqressiv təbliğatının əsas hədəfi tanınmış iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi siyasi qüvvədir. Özünü keçmiş və indiki hakimiyyət arasında "üçüncü yol" kimi təqdim edən bu qüvvə, digər müxalifləri öz ətrafında birləşdirmək və hakimiyyəti ələ almaq potensialına malikdir.

"Hökumət "Gümrü-2" küyünü qaldırmaqla ictimaiyyətdə belə bir rəy yaratmaq istəyir ki, Samvel Karapetyan da "keçmişlər"dəndir və Robert Koçaryan və ya Serj Sarkisyanın uydurulmuş obrazından fərqlənmir. Görünən odur ki, iqtidar bu ssenaridən dəhşətə gəlir, əks halda bu qədər yorulmadan əks-təbliğat aparmazdı", - deyə məqalədə bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
8
olaylar.az

1Sources