Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilən Amnistiya aktı 90 xarici ölkə vətəndaşına şamil edilib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Eliyev deyib.
Bildirilib ki, Amnistiya aktı indiyədək 18 355 şəxsə şamil edilib.