Bakı. Trend:
Azərbaycanda özəl sənaye məhəllələrinin yaradılmasıistiqamətində hüquqi baza artıq formalaşdırılıb.
Trend xəbərverir ki, bunu bu gün İqtisadiyyat Nazirliyinin tabeliyindəİqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətininsədri Seymur Adıgözəlov rəhbərlik etdiyi qurumun ötən il üzrəfəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuatkonfransında deyib.
O bildirib ki, özəl sənaye məhəllələri dövlət, özəl və bələdiyyətorpaqlarında yaradıla bilər:
"Qərarlar sahibkarların təşəbbüsü əsasında qəbul edilir.Sahibkarların müraciətinə uyğun olaraq investor qeydiyyata alınırvə müəyyən edilmiş şərtlər çərçivəsində sənaye məhəlləsi statusuəldə edir. 2025-ci ilin dekabr ayınadək İqtisadi Zonaların İnkişafıAgentliyi tərəfindən 2 özəl sənaye məhəlləsi qeydə alınıb. Eynizamanda bu sənaye məhəllələri üzrə ötən il bir rezident qeydiyyatıbaş tutub. Bu mexanizm regionlarda sahibkarlığın inkişafına vəistehsal imkanlarının genişləndirilməsinə əlavə təkan verəcək".