EN

“Baku Open” stolüstü tennis turniri keçiriləcək

Beynəlxalq Stolüstü Tennis Federasiyasının yaradılmasının 100 illiyinə və Bakının 2026-cı il “Dünya İdman Paytaxtı” seçilməsinə həsr olunan “Baku Open” turniri keçiriləcək.

İdman.Biz xəbər verir ki, Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən “Şüa İdman Kompleksi”ndə təşkil olunacaq turnirdə əsasən həvəskar və veteran idmançılar bacarıqlarını göstərəcəklər. Peşəkar idmançılar yalnız qoşa yarışlarda (bir peşəkar və bir həvəskar olmaqla) mübarizə aparacaqlar.

Aprelin 4-5-i və 11-12-də keçiriləcək yarışın mükafat fondu 3000 manat olacaq.

Turnirə qatılmaq istəyənlər Azərbaycan Stolüstü Tennis Federasiyasına müraciət edə bilərlər.

İdman.Biz
Chosen
3
7
idman.biz

10Sources