EN

Nigar Qələndərli: Peşəkar kadr potensialının formalaşdırılması hər zaman diqqət mərkəzindədir

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 24 fevral, Günel Türksoy, foto İlkin Cavanşirov, AZƏRTAC

Prokurorluq orqanlarının fəaliyyəti çərçivəsində dövlətimizin inkişafı üçün bir çox vacib tədbirlər həyata keçirilir. Qanunun möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Eyni zamanda, gənclərin hüquqi biliklərinin artırılması, peşəkar kadr potensialının formalaşdırılması hər zaman diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, bunu Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Nigar Qələndərli Binəqədi Rayon Prokurorluğunda keçirilən “Açıq qapı” günündə çıxış edərkən deyib.

O qeyd edib ki, “Açıq qapı” gününün keçirilməsində əsas məqsəd prokurorluq orqanlarının fəaliyyəti ilə daha yaxından tanış olmaq və tələbələrin praktiki biliklərinin artırılmasıdır: "Belə görüşlər tələbələrin hüquqi biliklərinin, dünyagörüşünü daha da artırmaq məqsədini daşıyır".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
azertag.az

1Sources