EN

Bolqarıstan Ukraynaya 13 yardım paketi təqdim edib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 24 fevral, AZƏRTAC

Bolqarıstan hökuməti Rusiya-Ukraynaya münaqişəsinin başlanmasından bəri Ukraynaya 13 yardım paketi təqdim olunduğunu açıqlayıb.

AZƏRTAC Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, məlumat ölkənin Nazirlər Şurasının İctimaiyyətə çıxış platformasında dərc edilib. Bildirilib ki, yardım paketlərinin məzmunu və dəyəri məxfi saxlanılır.

Sonuncu paket Nazirlər Şurasının 12 fevral 2026-cı il tarixli qərarı ilə təsdiqlənib.

Bolqarıstan Müdafiə Nazirliyi bəyan edib ki, ölkə Avropa İttifaqı və NATO üzvü kimi Ukraynaya humanitar və müdafiə yardımı göstərilməsi siyasətini ardıcıl şəkildə davam etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
1
azertag.az

2Sources